...

Dövlət Rabitə Operatoru Lənkəranda telefon rabitəsini bərpa edib

Telekommunikasiya Materials 23 Sentyabr 2011 18:19 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyi Lənkəranda güclü leysan nəticəsində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri tamamlayıb.
Dövlət Rabitə Operatoru Lənkəranda telefon rabitəsini bərpa edib

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir H.Vəliyev/

"Aztelekom" İstehsalat Birliyi Lənkəranda güclü leysan nəticəsində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri tamamlayıb. Bu barədə Trend-ə cümə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov deyib.

"Təbii fəlakət nəticəsində rayonun əksər kəndlərindəki telefon rabitəsi kəsilmişdi", - Əmirov deyib.

Sentyabrın 18-də gündüz saatlarında Lənkəran rayonunda baş verən güclü sel şəxsi təsərrüfatlara və sosial obyektlərə, o cümlədən operatorun telekomunikasiya infrastrukturuna ciddi ziyan vurub.

Sel bir sıra kəndlərdə təxminən 200 şəxsi evə ziyan vurub. Vilvan kəndində yağış suları qaz xəttini sıradan çıxarıb. Sel Şov, Günaxır və Vilvan kəndlərinin hər birində 2, Osaqucada 4, Diryanda 1 körpünü dağıdıb. Günaxır, Xoravənc və Baliton kəndlərində torpaq sürüşməsi baş verib, habelə yollar dağılıb ki, buna görə, bu yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Fəlakətin aradan qaldırılması üçün Lənkərana FHN-in xüsusi texnikası göndərilib.

Lənkəran Azərbaycanın cənubunda, paytaxt Bakıdan 268 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti