...

Bakcell "055" jurnalının 2-ci sayını təqdim edir

Telekommunikasiya Materials 3 Oktyabr 2011 18:10 (UTC +04:00)
Azərbaycanın mobil operatoru Bakcell şirkəti iki aydan bir dərc olunan korporativ nəşrinin - "055" jurnalının ikinci buraxılışını təqdim edir.
Bakcell "055" jurnalının 2-ci sayını təqdim edir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycanın mobil operatoru Bakcell şirkəti iki aydan bir dərc olunan korporativ nəşrinin - "055" jurnalının ikinci buraxılışını təqdim edir. Müştərilərin məlumatlılığının artırılması kampaniyasının bir hissəsi olan "055", dünya mobil telekommunikasiya bazarından son trendləri və xəbərləri, eləcə də Bakcell şirkətinin fəaliyyətini, yeni məhsul və xidmətlərini işıqlandırır.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış vacib nəşrlərdən biri olan və 100 000 tirajla dərc edilən "055" jurnalı bütün mobil telefon istifadəçilərini mobil telekommunikasiyalar və informasiya texnologiyaları sahəsindəki yeniliklərlə tanış edir. Jurnalın ikinci buraxılışından 2011-ci ilin ən yaxşı applikasiya trendləri, ən son əməliyyat sistemləri, yeni mobil cihazlar, gələcəyin smartfonları barədə məlumat əldə etmək olar. "055" jurnalı oxuculara həmçinin sual-cavabda iştirak etmək və Nokia E6 telefonu qazanmaq imkanı verir.

Bakcell şirkəti "Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzi"nin könüllülərinin dəstəyi ilə Bakının mərkəzində "055" jurnalının yayımını həyata keçirib. Jurnalı eyni zamanda Bakıda və rayonlarda yerləşən bütün Bakcell ticarət nişanlı satış və xidmət nöqtələrindən pulsuz əldə etmək olar.

Jurnalın elektron versiyası http://www.bakcell.com/uploads/journal/index.php?09.2011/az internet səhifəsində yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti