...

Azərbaycanda rəsmi olaraq 1,5 milyon mobil telefon qeydiyyata alınıb

Telekommunikasiya Materials 5 Oktyabr 2011 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir H.Vəliyev/

Mobil telefonların IMEI-kodlarının məlumat bazasında 1,5 milyondan çox mobil telefon qeydiyyatdan keçib. Bu barədə çərşənbə günü Trend-ə RCom şirkətinin rəhbəri Seymur Məmmədov bildirib.

Sistem inteqratoru funksiyasını həyata keçirən Azərbaycanın RCom şirkəti sistemin texniki qurulması üzrə işləri görən struktur kimi seçilib.

Məlumatlar bazası Azərbaycana idxal olunan telefonların MEI-kodları hesabına daim artırılır. Qeydiyyat həm gömrük orqanları tərəfindən, həm də operator şəbəkəsinə qoşulan andan həyata keçirilir.

Məmmədovun sözlərinə görə, sistemin istifadəyə verilməsi yekun sənədin qəbulundan sonra gözlənilir.

"Dövlət qurumları yekun sənədə növbəti əlavə və dəyişikliklər edib. Dəyişikliklər əsas etibarilə ümumi qəbul edilib normativ sənədlərə və qanunvericilik aktlarına uyğun olaraq teminologiyaya toxunub. Hazırda sənəd üzrə bütün əsas məsələlər artıq həll olunub. Yekun razılaşmadan sonra sənədin qüvvəyə minməsi üçün Nazirlər Kabinetini onu bəyənməlidir", - Məmmədov bildirib.

Yekun sənədin qəbulu ilə ən qısa zamanda mobil telefonların IMEI-kodlarının qeydiyyat sistemi işə salınacaq.

GSM operatorlara gəldikdə isə, onun fikrincə, hələ ki onlar texniki olaraq qeydiyyat sisteminə inteqrasiya etməyə hazır deyillər.

"Mobil operatorların qeydiyyat sisteminə texniki inteqrasiyası çox vaxt aparmayacaq. Yekun qərar belədir ki, onların sistemə qoşulmaları birbaşa olaraq dövlətdən asılı olacaq. Məsələn, Türkiyədə konkret olaraq şərt qoyulub. Bu şərtlər yerinə yetirilməyəcəyi halda cərimələr tətbiq olunur. Bunun hesabına Türkiyə operatorlarının sistemə inteqrasiyası 3-4 ay ərzində reallaşdırılıb", - Məmmədov deyib.

Məmmədovun əvvəllər də dediyi kimi, operatorların mobil telefonların IMEI-kodlarının qeydiyyatı sisteminə qoşulması üçün audit və ekspertiza keçiriləcək, bundan sonra onlar tərəfindən layihəyə daxil edilmiş tərəfləri razı salacaq qərar qəbul olunacaq.

Yeni sistem, nəinki mobil telefon oğurluğu ilə mübarizədə effektivliyi artıracaq, eyni zamanda, mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, leqal və qeyri-leqal məhsullar) barədə məlumatlı olmağa şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti