...

Apple şirkətinin həmtəsisçisi, Stiv Cobs vəfat etdi

Telekommunikasiya Materials 6 Oktyabr 2011 06:55 (UTC +04:00)
Stiv Cobs, Apple şirkətinin həmtəsisçisi və keçmiş icraçı direktoru, bu gün vəfat etdi. Bu barədə şirkətin bəyanatında bildirilir. Onun 56 yaşı var idi.
Apple şirkətinin həmtəsisçisi, Stiv Cobs vəfat etdi

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E. Əliyev/

Stiv Cobs, Apple şirkətinin həmtəsisçisi və keçmiş icraçı direktoru, bu gün vəfat etdi. Bu barədə şirkətin bəyanatında bildirilir. Onun 56 yaşı var idi.

Cobs avqustda xərçəngin nadir forması ilə mübarizədən sonra korporasiyanın baş direktoru vəzifəsindən istefa etdi, Bloomberg bildirir.

"Stivin parıltısı, onun ehtirası və enerjisi saysız-hesabsız yeniliklərin mənbəyi idi, hansılar ki, həyatımızı zənginləşdirir və yaxşılaşdırdılar", Apple rəhbərliyinin bəyanatında deyilir. "Dünya Stivin sayəsində ölçüyə gəlməz dərəcədə daha yaxşı oldu."

Stiv Cobs 1976-cı ildə Apple şirkətinin Stiv Voznyak (Steve Wozniak) və Ronald Ueynlə (Ronald Wayne) birlikdə əsasını qoydu. 1985-ci ildə o korporasiyanın ali rəhbərliyi ilə fikir ayrılıqlarına görə istefa etdi, amma 1997-ci ildə qayıtdı və 2000-ci ildən özü Apple şirkətinin baş direktoru oldu.

2011-ci ilin avqustunda iPod və iPhone kimi unikal məhsulları hazırlamış Stiv Cobs, uzunsürən məzuniyyətdən sonra Apple başçısının postunu tərk etdi. Tim Kuk (Tim Cook) şirkətin baş direktoru oldu. Bu halda Stiv Djobs Apple direktorlar şurasının sədri seçilmişdi.

Xəbər lenti

Xəbər lenti