Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycana yanvar-sentyabrda dəyəri 6,1 milyon dollardan çox olan 102869 min ədəddən artıq mobil telefon gətirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə mobil telefonların idxal həcmi 33,3 faiz, pul ilə ifadədə isə 24,3 faiz artıb.
Hər ay orta hesabla ölkəyə 10 min civarında mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pul ilə ifadədə təxminən 600-650 min dollar təşkil edir.