Azərbaycan, Bakı, 25 noyabr / Trend, müxbir H.Vəliyev /
Bu gün 3G şəbəkəsi istifadəçilərinin üzləşdikləri problemlər müvəqqəti xarakter daşıyır. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, bütün operatorlara 3G şəbəkəsinin inkişaf etdirilməsi üçün lisenziyalar ayrılıb.
"Əgər bu gün hansısa problemlər mövcuddursa, onda onlar müvəqqətidir. 3G şəbəkəsinin işinin normallaşdırılması prosesi bir neçə həftə vaxt aparacaq", - nazir deyib.