Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir H.Vəliyev /
3G üzrə lisenziyaların verilməsi və 4G şəbəkəsinin inkişaf etdirilməsi üzrə işlərə başlanması internet xidmətlərinin tariflərinin daha da azalmasına yardım edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdə internet xidmətlərinin dəyəri orta aylıq əməkhaqqının bir faizini təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəm 5 faizdən 25 faizədək təşkil edir. Yoxsul ölkələrdə bu göstərici daha da yuxarıdır.
Nazir deyib ki, Azərbaycanda bu rəqəm orta aylıq əməkhaqqının təxminən 4-4,5 faizini təşkil edir.