...

"Nar Mobile" Xaçmazda yeni "Nar Dünyası" satış və xidmət mərkəzini açıb (FOTO)

Telekommunikasiya Materials 26 Dekabr 2011 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycanın mobil rabitə operatoru "Nar Mobile" bazar ertəsi Xaçmazda yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzini açıb.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abunəçi həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası"nın yeni satış və xidmət mərkəzi abunəçilərə daha yüksək səviyyədə keyfiyyətli xidmət almağa imkan verəcək.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksesuarları ilə tanış olublar.

"Nar Mobile" tərəfindən yaradılan "Nar Dünyası" satış və xidmət mərkəzləri artıq Bakı, Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Salyanda fəaliyyət göstərir. Onların yaxın müddətdə digər regionlarda da açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti