...

Azərbaycanda İKT xidmətlərinin həcmi 22 faiz artıb

Telekommunikasiya Materials 13 Fevral 2012 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda yanvar ayında təşkilatlara və əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 98,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 21,8 faiz çoxdur. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Təşkilatlara və əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi yanvarda 88,5 milyon manat təşkil edib.

Məlumata görə, ümumi həcmin 72,8 faizi əhaliyə göstərilən xidmətlərin payına düşür.

Bununla yanaşı, əldə olunan gəlirin 59 milyon manatı mobil rabitənin payına düşüb. Bu, 2010-cu ildəki göstərici ilə müqayisədə 12,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti