...

İlin sonunadək Azərbaycan əhalisinin 98 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunacaq

Telekommunikasiya Materials 24 Fevral 2012 12:41 (UTC +04:00)
İlin sonunadək Azərbaycan əhalisinin 98 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunacaq.
İlin sonunadək Azərbaycan əhalisinin 98 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunacaq

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir H.Vəliyev/

İlin sonunadək Azərbaycan əhalisinin 98 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunacaq. Bu barədə Trend-ə "Teleradio" İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov bildirib.

Şərifovun sözlərinə görə, əhalinin sayının az olduğu dağ rayonları rəqəmsal TV siqnalı ilə əhatə olunmayacaq.

"Həmin rayonlarda yayım analoq formatında aparılacaq. Həmin ərazilər də rəqəmsal TV siqnalı ilə mərhələli şəkildə əhatə olunacaq. Lakin hələ DVB-T siqnalının çox zəif olduğu iri rayonlar var. Siqnalın gücləndirilməsi üçün biz yeni ötürücülər və stansiyalar quraşdıracağıq. Bu gün rəqəmsal siqnalla hələlik respublika əhalisinin 85 faizi əhatə olunub. İlin sonunadək ölkə əhalisinin 95-98 faizinin əhatə olunması planlaşdırılır", - Şərifov deyib.

Xəbər lenti

Xəbər lenti