...

Naxçıvan MR-in ATS-lərinin 80 faizi fiber-optik xətlərə qoşulub

Telekommunikasiya Materials 29 Fevral 2012 13:53 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında (NMR) avtomatik telefon stansiyalarının (ATS) 80 faizi fiber-optik rabitə xətlərinin mərkəzi stansiyaları ilə birləşdirilib.
Naxçıvan MR-in ATS-lərinin 80 faizi fiber-optik xətlərə qoşulub

Azərbaycan, Bakı, 29 fevral/Trend müxbir H. Vəliyev/

Naxçıvan Muxtar Respublikasında (NMR) avtomatik telefon stansiyalarının (ATS) 80 faizi fiber-optik rabitə xətlərinin mərkəzi stansiyaları ilə birləşdirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü NMR-in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına əsasən, MR üzrə ATS-lərin ümumi sayı 104 ədəd təşkil edir, onlardan 83-ü optik rabitə xətlərinə qoşulub.

Son səkkiz ildə "NaxTel" şəbəkəsinin tutumu nəzərə alınmaqla ümumi istifadədə olan telefon şəbəkələrinin nömrə tutumu 25,2 min ədəddən çox artıb.

Hazırda hər 100 ailəyə 65 stasionar telefon düşür, MR üzrə mobil rabitəyə çıxışın səviyyəsi 90 faizə (422 680 istifadəçi) çatıb.

Hazırda NMR-də rabitə kanalına daxil olan məlumatların ötürülmə sürəti 512 Mbit/saniyəyə çatıb.

NMR-in orta təhsil müəssisələrinin kompüterlərinin 81,7 faizi internetə çıxış imkanı əldə edib. Son iki il ərzində genişzolaqlı internetə çıxışın qiyməti 14 dəfə azalıb.

Xəbər lenti

Xəbər lenti