...

Azərbaycanın İT şirkəti elektron imzalar üçün həllər hazırlayıb

Telekommunikasiya Materials 5 Mart 2012 13:52 (UTC +04:00)
Azərbaycanın SİNAM şirkətində elektron imza həlləri üçün proqram təminatının növbəti SPKIS 2.1.4.1versiyası hazırlanıb. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanın İT şirkəti elektron imzalar üçün həllər hazırlayıb

Azərbaycan, Bakı, 5 mart / Trend, müxbir H.Vəliyev/

Azərbaycanın SİNAM şirkətində elektron imza həlləri üçün proqram təminatının növbəti SPKIS 2.1.4.1versiyası hazırlanıb. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Paket elektron imza həlləri məlumatların imzalanması, şifrlənməsi, elektron sertifikatların yaradılması, paylanması və idarə olunması, həmçinin digər elektron imza tətbiqli məsələlərin həlli üçün nəzərdə tutulub.

Bu versiyada sertifikat mərkəzinin strukturunda dəyişiklik edilərək, mərkəzlərin rekursiv yaradılma imkanları təmin olunub. Bundan əlavə mərkəzin akkreditasiyası, reakkreditasiyası, mərkəzin sertifikatlarının daha geniş imkanlarla idarə olunma funksiyaları əlavə olunub.

Artıq "SPKIS-CS" - Sertifikat xidmətləri proqram paketi imkan verir ki, korporativ mühitdə istifadə olunan sertifikat mərkəzi istənilən zamanda digər sertifikasiya mərkəzində yenidən akkreditasiya oluna bilsin. Bu zaman mərkəzin indiyə qədər nəşr etdiyi istifadəçi sertifikatları istifadə müddəti bitənə qədər problemsiz fəaliyyətlərinə davam edə bilərlər. Layihə çərçivəsində yeni inkişaf yönümlü işlər aparılır.

Xəbər lenti

Xəbər lenti