...

Azərbaycan Qətərlə İKT sahəsində əməkdaşlıq haqqında saziş hazırlayır

Telekommunikasiya Materials 13 Mart 2012 13:18 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya-kommunikasiya texnologiyaları sahəsində Qətərlə əməkdaşlıq haqqında yeni saziş üzərində çalışır.
Azərbaycan Qətərlə İKT sahəsində əməkdaşlıq haqqında saziş hazırlayır

Azərbaycan, Bakı, 13 mart / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya-kommunikasiya texnologiyaları sahəsində Qətərlə əməkdaşlıq haqqında yeni saziş üzərində çalışır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.

Bu barədə martın 5-7-də Dohada keçirilən "Connect Arab Summit 2012" iclası çərçivəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, "Connect Arab Summit 2012" ərəb ölkələri ilə İKT sektorunda investisiyalaşdırma üçün əlverişli şərait yaradıb.

Azərbaycanla Qətərin münasibətlərinə toxunan Abbasov deyib ki, bu münasibətlər son bir neçə ildə dinamik inkişaf edir.

Azərbaycanın "Connect Arab Summit 2012"də iştirakının başlıca məqsədi İKT sahəsinə daha çox investisiyaların cəlb edilməsi, o cümlədən bu sektora xarici investisisyaların cəlb olunmasının hüquqi tənzimlənməsi üzrə öz təcrübəsini təqdim etməkdir.

Azərbaycanda həyata keçirilən nəhəng layihələrə toxunun nazir Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) layihəsinin regionda yeni şəbəkələrin yaradılması vasitəsilə mümkün olacağını, qeyri-qərb istifadəçiləri üçün daha çox internet trafikini təmin edəcəyini, körfəz ölkələrinin də adıçəkilən layihədə iştirak edə biləcəklərini bildirib.

"Bundan başqa, Almaniyadan Oman Sultanlığına qədər informasiya magistralının yaradılması üçün yeni İKT layihəsi də nəzərdə tutulur. Bu layihənin məqsədi xüsusilə Asiya ilə Avropa arasında rəqəmsal boşluğun aradan qaldırılması, eləcə də həmin regiondan daha çox kontentin təmin edilməsi olacaq", - nazir bildirib.

Abbasov 2012-ci ilin sonunda yeni peykin buraxılması, 2020-ci ilə kimi ali texniki təhsilin keyfiyyətinin kəskin artırılması və sair layihələrin reallaşmasının nəzərdə tutulduğundan da danışıb.

Xəbər lenti

Xəbər lenti