...

AMEA BƏƏ-də seysmik stansiyaları işə salıb

Telekommunikasiya Materials 27 Mart 2012 14:03 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) telemetrik seysmik stansiyaları quraşdırıb.
AMEA BƏƏ-də seysmik stansiyaları işə salıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) telemetrik seysmik stansiyaları quraşdırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı RSXM-nin yaydığı məlumatda deyilir.

İşlər seysmik avadanlığın tədarükçüsü olan ABŞ-ın "Kinemetrics" şirkəti ilə saziş çərçivəsində aparılıb.

Şirkətlə mərkəz arasında əldə olunmuş razılaşmaya əsasən, regionda və RSXM ilə əlaqələri olan ölkələrdə telemetrik seysmik stansiyaların quraşdırılması RSXM-in əməkdaşları tərəfindən həyata keçirilir.

Peyk texnologiyaları ilə işləyən telemetrik stansiya mərkəzin mütəxəssisləri tərəfindən Əbu-Dabidə quraşdırılıb. Bu sistemlərin istifadə edilməsi üzrə yerli mütəxəssislər üçün treninqlər də keçirilib.

Stansiya seysmik aktiv zonaların monitorinqini keçirməyə imkan verir. İnformasiya seysmik aktiv zonalarda quraşdırılan vibrasiya sensorlarından peyk vasitəsilə real vaxt rejimində daimi olaraq baş mərkəzə daxil olacaq.

Xəbər lenti

Xəbər lenti