...

Azərbaycan elektron hökumətin qurulması üzrə Niderland və Kanadanın təcrübəsini öyrənir

Telekommunikasiya Materials 29 Mart 2012 11:28 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası Niderland və Kanadada "elektron hökumət" sisteminin formalaşdırılması təcrübəsi ilə tanış olub.
Azərbaycan elektron hökumətin qurulması üzrə Niderland və Kanadanın təcrübəsini öyrənir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası Niderland və Kanadada "elektron hökumət" sisteminin formalaşdırılması təcrübəsi ilə tanış olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı komissiyanın məlumatında deyilir.

Dövlət komissiyasının nümayəndə heyəti Niderlandda dövlət reyestrinin fəaliyyəti, dövlət qulluğuna elektron qəbulun, açıq dövlət məlumatları, proqram təminatı, elektron hökumət sahəsində qanunvericilik bazasının prinsipləri, "elektron hökumət" portalının qurulması və idarə olunması prosesləri ilə tanış olublar.

Habelə nümayəndə heyəti kadrlar üzrə dövlət idarəsində olub və orada online rejimdə vakant yerlərin doldurulması proseduru ilə tanış olub. Niderlandda kadrların elektron idarə olunmasının təşkilində Azərbaycanın nümayəndə heyəti idarəetmə sistemi, məlumat bazaları, portalın xüsusiyyətləri, xidmət növləri, istifadəçilərin portala çıxışlarının səviyyəsi və s. ilə tanış olub.

Kanadaya səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti bu ölkənin Dövlət Qulluğu Xidmətinin fəaliyyəti və Kanadada tətbiq olunan dövlət xidməti sistemi ilə tanış olub.

Kanadanın Dövlət Qulluğu Xidmətində keçirilən treninqlərdə dövlət qulluğunu kadr təminatı sisteminin və "İngenium" sisteminin təqdimatı keçirilib.

Azərbaycanın nümayəndə heyəti habelə Kanada parlamentinin fəaliyyəti ilə də tanış olub.

Xəbər lenti

Xəbər lenti