...

"AzQtel" şirkəti telekommunikasiya üzrə beynəlxalq konfranslarda iştirak edib

Telekommunikasiya Materials 30 Mart 2012 17:44 (UTC +04:00)
"AzQtel" şirkəti son günlərdə Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə keçirilən regional telekommunikasiya və genişzolaqlı internet konfranslarında iştirak edib.
"AzQtel" şirkəti telekommunikasiya üzrə beynəlxalq konfranslarda iştirak edib

Azərbaycan,Bakı, 30 mart /Trend/

"AzQtel" şirkəti son günlərdə Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə keçirilən regional telekommunikasiya və genişzolaqlı internet konfranslarında iştirak edib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.

20-21 mart tarixlərində İstanbulda Türkiyə, MDB, Mərkəzi və Şərqi Avropa dövlətlərində telekommunikasiya və rəqəmsal ekosistemin vəziyyətininə həsr olunmuş "EurasiaCom" konfransı keçirilib. Bu konfransda regionun telekommunikasiya sektorunu təmsil edən 400-dən çox nümayəndə, həmçinin öndə gələn telekommunikasiya şirkətlərinin rəhbərləri iştirak ediblər.

Forumda çıxış edən "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə Azərbaycanda iqtisadi yüksəlişin tendensiyalarından danışıb. Çıxışını "CNN International" televiziya kanalının ümüdaxili məhsulun artım həcminə görə Azərbaycanın dünyada birinci yerdə olması barədə xəbəri ilə başlayan Mollazadə qeyd edib ki, neft və qaz resursları ilə zəngin olan Azərbaycanda ölkə rəhbərliyi və şəxsən Prezident İlham Əliyev yüksək texnologiyaların inkişafını prioritet sahələr sırasına daxil edib.

Daha sonra Mollazadə "AzQtel" şirkətinin Azərbaycanda tətbiq etdiyi SAZZ 4G simsiz genişzolaqlı internet xidməti haqqında da məlumat verib. O qeyd edib ki, ölkənin Mobile WiMAX texnologiyası əsasında qurulmuş ilk internet şəbəkəsinin yaradılması məhz Azərbaycan hökuməti tərəfindən bu sahəyə verilən əhəmiyyətin nəticəsidir.

25-27 mart tarixlərində isə "AzQtel"in rəhbəri Dubayda keçirilən genişzolaqlı şəbəkələrə həsr olunmuş "Broadband Middle East Africa" konfransına qatılıb. Orta Asiya, Yaxın Şərq regionları və Afrika qitəsinin telekommunikasiya sektorunun əsas simalarının iştirak etdiyi konfransda minə yaxın nümayəndə iştirak edib.

Konfransda internet şəbəkəsində trafikin idarə olunmasının innovativ həlli, abunəçilərə xidmət siyasəti müzakirə olunub.
Forumun mindən artıq nümayəndəsi arasında regionun bir sıra dövlət, hökumət başçıları, tanınmış siyasi xadimlər və nüfuzlu telekommunikasiya şirkətinin rəhbərləri də yer alıb.

Azərbaycanda Mobile WiMAX texnologiyası əsasında qurulmuş SAZZ 4G genişzolaqlı simsiz internet xidməti 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən istismara verilib. Bakı, Sumqayıt, Xırdalan və Abşeron yarımadasının böyük qismini əhatə edən SAZZ Internet cari ildən etibarən ardıcıl olaraq regionlarda da fəaliyyət göstərməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti