...

Gəncədə KATV1-in filiallarının açılışı olub (FOTO)

Telekommunikasiya Materials 30 Mart 2012 19:14 (UTC +04:00)
Gəncədə cümə günü KATV1 kabel televiziya operatorunun 2 yeni filialının açılışı olub.
Gəncədə KATV1-in filiallarının açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Gəncədə cümə günü KATV1 kabel televiziya operatorunun 2 yeni filialının açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimində "AG Telekom" (KATV1 brendinin sahibi) şirkətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər. "AG Telekom" şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma və inkişafı haqqında, KATV1 kabel televiziya operatorunun regionlarda əhatə dairəsinin genişləndirilməsi haqqında danışaraq, şirkətin artıq Mingəçevir və Xırdalan şəhərlərində də fəaliyyət göstərdiyini qeyd edib.

Gəncədəki filial analoq və rəqəmsal yayımda kabel televiziya xidmətləri göstərir, gələcəkdə yüksəksürətli internetə qoşulma üzrə xidmətlər göstərməyi planlaşdırır.

KATV1 kabel televiziya operatorunun abonentləri Gəncə şəhər filiallarında şirkətin faəliyyəti barədə məlumat əldə edə, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklər edilməsi və bütün digər məsələlərlə bağlı da filiallara müraciət etmək olar.

Xatırladaq ki, hazırda ölkə üzrə KATV kabel televiziyası operatorunun 12 ofisi fəaliyyət göstərir ki, onlardan səkkizi Bakı şəhərində, ikisi Xırdalan və Mingəçevir şəhərlərində, ikisi Gəncə şəhərindədir. Şirkət analoq və rəqəmsal yayımda kabel televiziyası xidməti göstərir, habelə yüksəksürətli internet xidməti təqdim edir. Bundan əlavə, şirkətin təsisçisi olduğu "KATV1-Afişa" qəzeti vasitəsilə abonentlər retranslyasiya olunan telekanalların proqramları və digər maraqlı məlumatlarla tanış ola bilərlər.

Gəncə şəhərində KATV1 kabel televiziya operatorunun filiallarının ünvanları: Dədə Qorqud küç., 38 və Yeni Gəncə qəs., Mehmandarov küç., 37A.

Əlavə məlumatı abonent xidməti mərkəzinin 127 nömrəli telefonu ilə əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti