...

Bakıda multimedia taksafonları quraşdırılır

Telekommunikasiya Materials 2 Aprel 2012 15:52 (UTC +04:00)
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakı ərazisində multimedia taksafonlarının quraşdırılmasına başlayıb.
Bakıda multimedia taksafonları quraşdırılır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi Bakı ərazisində multimedia taksafonlarının quraşdırılmasına başlayıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, qurğuların yerləşdirilmə ərazisi Bakı telekommunikasiya qovşağı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilib. Multimedia taksafonlarının quraşdırılması üzrə işlər aprelin 20-dək başa çatacaq.

Taksafonlar vasitəsilə xidmətlərin göstərilməsi həm qəpik, həm də operatorun taksafon kartlarının köməyi ilə həyata keçiriləcək.

Bundan başqa, qurğularda bütün zəruri soraq məlumatı, şəhər və rayonların kodları, habelə operatorun tarif və xidmətləri üzrə məlumat təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti