...

Azərbaycanın bütün mobil operatorları AZAL-ın təyyarələrində xidmət göstərə bilər

Telekommunikasiya Materials 3 Aprel 2012 15:08 (UTC +04:00)
"Azerfon" ilə yanaşı, Azərbaycanın digər mobil rabitə operatorları da "Azərbaycan Hava Yolları" (AZAL) milli aviaşirkətinin təyyarələrində mobil rabitə xidmətləri göstərə bilər.
Azərbaycanın bütün mobil operatorları AZAL-ın təyyarələrində xidmət göstərə bilər

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir H.Vəliyev/

"Azerfon" ilə yanaşı, Azərbaycanın digər mobil rabitə operatorları da "Azərbaycan Hava Yolları" (AZAL) milli aviaşirkətinin təyyarələrində mobil rabitə xidmətləri göstərə bilər. Bunun üçün onlar "Azerfon" ilə rouminq-saziş bağlamalıdırlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Azerfon"un biznes və kommunikasiyanın inkişafı üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.

"Azerfon" aviaşirkətin təyyarələrində mobil rabitə xidmətlərinin göstərilməsi üzrə AZAL ilə 10 illik eksklüziv sazişə malikdir.

AZAL-ın təyyarələrində səs rabitə xidmətlərindən sentyabrda istifadə etmək mümkün olacaq. Növbəti mərhələ operator tərəfindən internet xidmətlərin göstərilməsi olacaq.

Xəbər lenti

Xəbər lenti