...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb

Telekommunikasiya Materials 4 Aprel 2012 16:37 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Hacıyevin sözlərinə görə, nazirliyin saytında (agro.gov.az) toxumların özəl istehsalına şəhadətnamənin verilməsi üçün ərizələrin və digər sənədlərin elektron formada təqdim edilməsi mümkündür. Bundan başqa, spitrli içkilərin, etil spirtinin istehsalı və idxalına, tibbi baytarlıq sahəsində özəl fəaliyyətə, baytarlıq preparatlarının istehsalı və reallaşdırılmasına görə lisenziyanın verilmə proseduru izah edilir.

"Qurumun göstərdiyi elektron xidmətlərin siyahısı yaxın vaxtlarda genişləndiriləcək", - Hacıyev deyib.

Elektron xidmətlərdən, həmçinin nazirliyin struktur bölmələrinin (Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Nəzarəti Xidməti, "Aqrolizinq" ASC, Aqrar Elm Mərkəzi) internet səhifələrində istifadə etmək olar.

Xəbər lenti

Xəbər lenti