...

Azərbaycanda hotellərin telekontenti leqallaşdırılacaq

Telekommunikasiya Materials 5 Aprel 2012 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan hotellərinin televiziya kontenti leqallaşdırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı direktoru Əli Əliyev bildirib.

Əliyevin sözlərinə görə, yaxın vaxtlarda əlverişli qiymətlər üzrə və hüquq normaları çərçivəsində televiziya kontentinin leqallaşdırılması üçün kompleks həllərin təklif ediləcəyi hotellərdə monitorinqlərin keçirilməsi gözlənilir.

Monitorinqlərin keçirilməsi üçün artıq Mədəniyyət və Turizm Nazirliyi ilə danışıqlar aparılıb.

"İlk növbədə, hotellərə münasib tariflər təklif ediləcək. Müqayisə üçün deyim ki, məsələn, paketində 20-dən çox kanal olan Rusiyanın ORT telekanalı hotellərə hər bir telekanalın nümayişinə görə bir mehmanxana nömrəsində ayda 20 dollar tarifini təklif edir. BuŞ olduqca yüksək məbləğdir", - Əliyev qeyd edib.

Hər bir hotel nömrəsi üçün leqal telekontentin qiymətinin ayda 6-7 manat səviyyəsində olması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti