...

Bakı Bulvarı "Wi-Fi" simsiz şəbəkəsi ilə tam əhatə olunacaq

Telekommunikasiya Materials 5 Aprel 2012 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir H.Vəliyev/

Dənizkənarı Milli Park "Wi-Fi" simsiz şəbəkəsi ilə tam əhatə olunacaq. Bu barədə cümə axşamı Trend-ə "Romsat" şirkətinin Rəqəmsal televiziya sektorunun rəhbəri Oleq Kuş bildirib.

Onun sözlərinə görə, layihənin miqyası olduqca genişdir, onun reallaşdırılması üzrə texniki tapşırıq artıq "Romsat" tərəfindən alınıb və qiymətləndirmə aparılır.

Dənizkənarı Milli Parkın "Wi-Fi" simsiz şəbəkəsi ilə əhatə olunması yaxın vaxtlarda gözlənilir.

"Wi-Fi" texnologiyası üzrə simsiz rabitəyə çıxış istifadəçilər üçün ən münasibidir. Belə ki, bazarda bu standartı dəstəkləyən çoxlu qurğular (noutbuk, telefon, smartfon) var.

"Romsat" şirkətinin Azərbaycan bazarına yenicə çıxmasına baxmayaraq, bu gün artıq bır sıra layihələr reallaşdırılıb. Azərbaycan bazarı, xüsusən Bakı bizə çox maraqlıdır. Biz baş stansiyalar və kontentin formalaşdırılması üçün avadanlıqların tədarük edildiyi Azərbaycanın iri kabel televiziya operatorları ilə əməkdaşlıq edirik", - o deyib.

Xəbər lenti

Xəbər lenti