...

Bakı pulsuz "Wi-Fi" şəbəkəsi ilə əhatə olunacaq

Telekommunikasiya Materials 13 Aprel 2012 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir H.Vəliyev/

"AiləNET" şirkəti Bakı şəhəri ərazisində simsiz "Wi-Fi" xidmətinin işə salınması üzrə plan hazırlayıb. Bu barədə cümə günü Trend-ə şirkətin mətbuat katibi Teymur Hacıyev bildirib.

"Simsiz "Wi-Fi" nöqtələri paytaxtın ictimai yerlərində, insanların kütləvi toplaşdığı ərazilərdə, parklarda və ali məktəblərdə işə salınacaq", - Hacıyev deyib.

Layihənin işə salınması 2013-cü ilin əvvəlinə planlaşdırılıb. Şirkət artıq zəruri texniki avadanlıqların alınmasına başlayıb.

"İstifadəçilər "AiləNET" şəbəkəsi üzərindən "Ailə Wi-Fi" xidmətinə çıxış imkanı əldə edəcəklər. Bu məqsədlə layihə üçün xüsusi yaradılmış saytda qeydiyyatdan keçmək, həmçinin "Ailə TV" şirkətindən xəbərlərin göndərişinə abunə yazılmaq lazım olacaq", - Hacıyev qeyd edib.

Onun sözlərinə görə, şəbəkəni yükləməmək üçün məlumatların ötürülmə sürəti, ağır kontentə (həcmli fayların yüklənməsi) çıxış məhdudlaşdırılacaq. Heç bir məhdudiyyət olmadan xidmətlərdən istifadə pullu əsasda mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti