...

Avrasiya İqtisadi Zirvə toplantısında "Bakcell" şirkətinin təqdimatı keçirilib

Telekommunikasiya Materials 13 Aprel 2012 16:00 (UTC +04:00)
"Bakcell" şirkəti aprelin 11-12-də Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilmiş 15-ci Avrasiya İqtisadi Zirvə toplantısının sponsorlarından biri olub.
Avrasiya İqtisadi Zirvə toplantısında "Bakcell" şirkətinin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti aprelin 11-12-də Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilmiş 15-ci Avrasiya İqtisadi Zirvə toplantısının sponsorlarından biri olub. Bu barədə cümə günü Trend-ə şirkətdən məlumat verilib.

Avrasiya İqtisadi Zirvə toplantısı Türkiyənin Mərmərə Fondu tərəfindən təşkil edilir və Türkiyənin qeyri-hökumət sektorunda keçirilən ən nüfuzlu və iri tədbirlərdən biridir. Hər il bu konfrans siyasət və sənayə rəhbərləri daxil olmaqla 500 nəfərdən artıq iştirakçı cəlb edir. 15-ci Zirvə Toplantısı zamanı energetika, iqtisadiyyat, ekologiya və qadın problemləri kimi mövzular müzakirə edilmişdir.

Aprel 11-də CRA Qrupunun telekommunikasiyalar üzrə vitse-prezidenti və Bakcell-in Direktor Şurasının müşaviri Cüneyt Türktan zirvə toplantısı çərçivəsində telekommunikasiya mövzusunda keçirilmiş "dəyirmi masa"da təqdimat keçirib. "Dəyirmi masa" Avrasiya İqtisadi Forumu çərçivəsində ilk dəfə keçirilib və "Bakcell" şirkəti burada təqdimatla çıxış edən yeganə şirkət olub. "Dəyirmi masa"da mobil texnologiyalar sahəsində tədqiqat və inkişaf daxil olmaqla kommunikasiya sektorunun əsas mövzuları müzakirə edilib. Türktan, həmçinin aprelin 12-də İzmir şəhərində keçirilmiş "3 Qitə 1 Dəniz - İzmir" adlı görüşdə iştirak edib.

"Bakcell" şirkəti Zirvə toplantısında iştirak edən yeganə Azərbaycan şirkəti olub. Şirkətin baş icraçı direktoru Riçar Şirerin sözlərinə görə, ötən il ərzində "Bakcell" öz maliyyələşdirmə mənbələrinin sayını artırıb və hazırda həmin mənbələrə beynəlxalq banklar və istiqraz sahibləri də daxildir. "Bakcell" şirkəti Azərbaycanın İKT sektorunun inkişaf etdirilməsinə dair hökumət tərəfindən qoyulmuş vəzifələrin yerinə yetirilməsi və Azərbaycanda mobil internetin inkişaf etdirilməsi sahəsində mühüm rol oynayır və Azərbaycanın müasir internet istifadəçilərini ən üstün şəbəkə və müştəri təcrübəsi ilə təmin etmək üçün əlindən gələni edir. Bazarın inkişafı və müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə yeni texnologiyaların və proqram həllərinin Azərbaycana gətirilməsi üçün "Bakcell" şirkəti mütəmadi olaraq beynəlxalq şirkətlər və agentliklərlə əməkdaşlıq edir.

Tədbirdə bir neçə ölkənin prezidentləri və keçmiş prezidentləri, baş nazirləri və Türkiyə Respublikasının nazirləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti