...

"Nar Mobile"dan hər kəs üçün sərfəli tarif

Telekommunikasiya Materials 18 Aprel 2012 11:42 (UTC +04:00)
"Nar Mobile" abunəçiləri gündəlik olaraq 24 qəpik ödəməklə şəbəkədaxili 300 dəqiqə və 10 SMS əldə edə bilərlər.
"Nar Mobile"dan hər kəs üçün sərfəli tarif

Azərbaycan, Bakı, 18 aprel / Trend/

"Nar Mobile" abunəçiləri gündəlik olaraq 24 qəpik ödəməklə şəbəkədaxili 300 dəqiqə və 10 SMS əldə edə bilərlər. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Nar Mobile" mobil operatorunun təqdim etdiyi "Limitsiz Şəbəkədaxili" tarifi hazırda ən sərfəli tariflərdən biridir. Belə ki,"Limitsiz Şəbəkədaxili" tarifibütün Nar abunəçiləri ilə sərhədsiz danışmaq imkanıdır. Tarifə əsasən abunəçi gündəlik olaraq 24 qəpik ödəməklə şəbəkədaxili 300 dəqiqə və 10 SMS əldə etmək olar. Ay ərzində isə, sizlərə 9000 min dəqiqə və 300 SMS verir. Təqdim olunan şəbəkədaxili bonus dəqiqələri bitdikdə, sonrakı şəbəkədaxili zənglərin bir dəqiqəsi üçün 5 qəpik çıxılır, şəbəkədaxili bonus SMS-lər bitdikdə, sonrakı hər SMS üçün 3 qəpik çıxılır.

Qeyd edək ki, tarifə 50% endirim nəticəsində ödəniş 0,48 qəpikdən 0,24 qəpiyə qədər düşmüş, danışıq dəqiqəsi isə 100 dəqiqədən 300 dəqiqəyə qədər yüksəldilmişdir.

Xidmət

Qiymət (qəpiklə)

Şəbəkəxarici zəngin 1 dəqiqəsi

5

Ölkədaxili SMS

3

Ölkədaxili MMS

5

İnternet trafiki (1 MB)

20

Mobil TV (1 MB)

10

"Nar Mobile" brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır, və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80% əhatə edir və yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Xəbər lenti

Xəbər lenti