...

"Bakcell" şirkəti "Red Bull BC 1 Azerbaijan-2012" turnirinə dəstək göstərib

Telekommunikasiya Materials 26 Aprel 2012 16:33 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ölkənin istedadlı və yaradıcı gənclərinə dəstək göstərməkdə davam edir.
"Bakcell" şirkəti "Red Bull BC 1 Azerbaijan-2012" turnirinə dəstək göstərib

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti ölkənin istedadlı və yaradıcı gənclərinə dəstək göstərməkdə davam edir.

Trend-in məlumatına görə, şirkət bu yaxınlarda "Red Bull BC One 2012" çempionatının Bakıda keçirilmiş seçim mərhələsinin tərəfdaşı olub. Bakcell-in CİNeration brendi ilə birgə təşkil edilmiş bu turnirin qalibi b-boy Button olub. Turnirin münsiflər heyətində almaniyalı Airdit və "Red Bull BC One 2011" çempionatının amerikalı qalibi Roxrite təmsil olunub. Üçüncü hakim isə tanınmış azərbaycanlı bi-boy KillaJazz olub.

KillaJazz Tbilisidə keçirilmiş Qafqaz mərhələsinin qalibidir. O, "Red Bull BC One World Final 2012" ərəfəsində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək son turnirdə Azərbaycanı təmsil edəcək. Şərqi Avropanın ən yaxşı bi-boyları "BC One World Final" turnirində iştirak etmək üçün mübarizə aparacaqlar.
"Bakcell" şirkəti ölkəmizi Tbilisidə təmsil edən bi-boylara CİNeration tarifli 5 ədəd CİN nömrəsi təqdim edib. Bakcell-in rouminq xidməti sayəsində onlar dostlar və ailə üzvləri ilə asanlıqla əlaqə saxlaya biləcəklər.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti