...

Azercell "Uğur-2011" mükafatına layiq görülüb

Telekommunikasiya Materials 26 Aprel 2012 17:06 (UTC +04:00)
"Azercell Telekom" MMC-nin nailiyyətləri sırasına daha bir mükafat əlavə olunub. Şirkət "Uğur-2011" mükafatında 2 nominasiya üzrə mükafatlandırılıb.
Azercell "Uğur-2011" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

"Azercell Telekom" MMC-nin nailiyyətləri sırasına daha bir mükafat əlavə olunub. Şirkət "Uğur-2011" mükafatında 2 nominasiya üzrə mükafatlandırılıb.

Trend-in məlumatına görə, 2000-ci ildə "Consulting&Business" jurnalı tərəfindən təsis olunan bu mükafat Azərbaycanda milli iqtisadiyyatın möhkəmləndirilməsində və inkişafında, ölkəyə investisiyaların cəlb olunmasında, dünya standartlarının tətbiqində, yeni iş yerlərinin yaradılmasında iştirakına görə biznesmenlərə, ictimai və dövlət xadimlərinə verilən ilk mükafatdır.

Budəfəki mərasimdə "Azercell" telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə görə və 3G texnologiyalarının uğurlu tətbiqinə görə mükafatlandırılıb. "Azercell Telekom" MMC-nin prezidenti mükafatı qəbul edərək hər kəsə öz minnətdarlığını bildirib. Ali Ağan öz çıxışında Azercell-in 2011-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini və əhəmiyyətli nailiyyətlər əldə etdiyini vurğulayıb.

"Azərbaycanın mobil rabitə bazarının 55%-nə nəzarət edən Azercell şəbəkəsi əhalinin 99,8%-ni əhatə edir. Azercell 2011-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 170,2 milyon dollar vəsait yatırıb. Uzun illərdir Azərbaycanın qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Azercell 15 il ərzində bu istiqamətdə 1 milyard 55 milyon dollara yaxın vəsait sərf edib. Qeyri-neft sektorunda həm də ən böyük vergi ödəyicilərindən olan Azercell 2011-ci ildə dövlət büdcəsinə 136 milyon ABŞ dolları (15 ildə cəmi 1 milyard ABŞ dolları) həcmində vergi ödəyib", - Ağan bildirib.

Şirkət prezidenti 3G texnologiyalarının tətbiqi ilə bağlı əldə etdikləri uğura da ikinci mükafat təqdim edilən zaman toxunub. Onun sözlərinə görə, xidmətin tətbiqinə başlanılan bir neçə saat ərzində ondan istifadə edənlərin sayı 100 minə çatmışdı.

"Azercell abonentləri 3G xidmətinin imkanlarından yararlanaraq hər gün 600GB - 3TB arası yükləmə həcmdə data yükləmiş olur. 2011-ci ilin nəticələrinə görə, danışıq müddətinin həcmi 100 dəfə, trafikin həcmi isə 400% artıb. Ümumilikdə, Azercell Data Trafiki 3G təqdim edildikdən sonra 5 dəfədən çox artıb. Hazırda Azercell şirkətinin 3G radio stansiyalarının sayı 500-ə yaxındır. Azercell şirkəti öz abunəçilərinə sürəti saniyədə 21mb-ə qədər mobil internet təqdim edir", - deyən şirkət prezidenti bildirib ki, hazırda 1,309,000 Azercell abunəçisi 3G xidmətindən yararlanır. Qeyd edək ki, Avropa Yayım İttifaqı rəsmi şəkildə 3GMAX modemini "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi modemi elan edib.

Qeyd edək ki, Azercell telekommunikasiya sektorunun inkişafına verdiyi müstəsna töhfəsinə görə dəfələrlə "Uğur" milli mükafatına, "İlin ən yaxşı PR xidməti" mükafatına, "İlin şirkəti" milli biznes mükafatına layiq görülüb. 2011-də "Azercell" həmçinin Avropa Biznes Assambleyasının (EBA) təsis etdiyi nüfuzlu "Socrates" mükafatına layiq görülüb və Beynəlxalq Biznes Mükafatı (International Business Awards - Stevie) qaliblərinin siyahısında yer alıb. Şirkət həm də xidmət sahəsində nüfuzlu keyfiyyət sertifikatı sayılan EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkəti olub.

Xəbər lenti

Xəbər lenti