...

Azərbaycanda ürək-damar sisteminin monitorinqi mümkün olacaq

Telekommunikasiya Materials 16 May 2012 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir H.Vəliyev/

Yaxın aylarda Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutu səs monitorinqi nəzəriyyəsi və müasir texnologiyalardan istifadə etməklə ürək-damar sisteminin monitorinqi üçün mobil proqram-texniki kompleksin prototipini təqdim edəcək. Bu barədə çərşənbə günü Trend-ə institutun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, sonralar tətbiq olunmaq üçün tibbdə belə sistemin hazırlanması ilə azərbaycanlı alimlər Türkiyədə məşğul olurlar.

"Sistemin prototipi Azərbaycana iyunun əvvəlində gətiriləcək. Layihə çərçivəsində artıq mobil telefonlar üçün proqram hazırlanıb və bu gün başlıca məsələ sensor ötürücüdən informasiya almaq üçün onun sistemə inteqrasiyasıdır. Siqnalın ötürülməsi üçün radiokanallardan istifadə olunacaq. Bu layihə çərçivəsində əldə olunan ilkin nəticələr tamamilə ümidvericidir. Onunla artıq Polşa, İspaniya və İngiltərədən olan alimlər maraqlanıblar və biz onlarla bu istiqamətdə işləmək niyyətindəyik", - Əliyev deyib.

Sistemin tibb sahəsində tətbiqi ürək-damar sistemindəki pozuntuları aşkara çıxarmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti