...

Koreya Azərbaycanın ali məktəbində məlumat mərkəzinin yenilənməsinə 100 min dollar ayırıb

Telekommunikasiya Materials 22 May 2012 10:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend, müxbir H.Vəliyev /

Cənubi Koreya Milli İnformasiya Cəmiyyəti Bakı Dövlət Universitetində əvvəllər yaradılan "Azərbaycan-Koreya" məlumat mərkəzinin texniki yenilənməsinə 100 min dollar vəsait ayırıb. Trend-in məlumatına görə, bu barədə universitetin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Yenilənmə işlərinə mərkəzin kompyuter sisteminin yenilənməsi, video-konfrans və virtual universitetin yaradılması daxildir.

"Virtual universitet" bütün təhsil proseslərinin (o cümlədən bunlara materialların yayılması, xəbərlərin dərc edilməsi, auditoriyalarda tələbələr arasında ünsiyyət, tələbələr və müəllimlər arasında fərdi ünsiyyət və s.) tam və ya qismən virtual mühitə keçirilməsini nəzərdə tutur.

"Azərbaycan-Koreya" məlumat mərkəzinin texniki yenilənməsinə dair müqavilə BDU-nun rektoru Abel Məhərrəmovla Koreya Milli İnformasiya Cəmiyyətinin icraçı direktoru Myunq Honq tərəfindən imzalanıb.

Azərbaycan-Koreya məlumat mərkəzinin yenilənmə prosesindən sonra açılışı avqust ayına nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti