Azərbaycan, Bakı, 25 may /Trend/
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, Sür@ ticarət nişanı altında ölkədə ən mükəmməl 3G mobil internet təcrübəsini təklif edən "Bakcell" şirkəti böyük məmnuniyyətlə HTC One seriyalı smartfonlar üzrə yeni eksklüziv kampaniyasını elan edir. İndi göstərilən HTC modellərindən birini eksklüziv qiymətə pulsuz CİN nömrə ilə birgə əldə edən müştərilərimiz xüsusi aylıq bonuslardan yararlanacaqlar.
İndi Bakcell-in diler mağazalarından kampaniyada iştirak edən telefonlardan birini eksklüziv qiymətə alan şanslı müştərilər 500 şəbəkədaxili dəqiqə və 500 MB internet aylıq bonuslardan yararlanacaq. Bunun üçün sadəcə hər ay balansa 10 manat yükləmək kifayətdir.
Beləliklə, müştərilərimiz telefon üçün eksklüziv və xüsusi qiymətlə yanaşı, pulsuz SİM kart və hər ay 500 şəbəkədaxili dəqiqə və 500 MB internet əldə edəcəklər.
Təklif may ayının 25-dən başlayaraq Bakcell-in rəsmi dilerləri olan Computex və Soliton mağazalar şəbəkəsində kampaniyada iştirak edən telefonlarından birini əldə etmiş müştərilər üçün qüvvədədir.
"Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksəksəviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzi olan "Bakcell" istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.