...

KATV1 xidmət haqqının ödənilməsinin yeni qaydalarını tətbiq edir

Telekommunikasiya Materials 31 May 2012 13:47 (UTC +04:00)
KATV1 kabel televiziya operatorunun yeni xidmətlərinin tətbiqi ilə əlaqədar, rəqəmsal yayım abonentlərinin ödəniş qaydalarına dəyişiklik edilmişdir.
KATV1 xidmət haqqının ödənilməsinin yeni qaydalarını tətbiq edir

Azərbaycan, Bakı, 31 may /Trend/

KATV1 kabel televiziya operatorunun yeni xidmətlərinin tətbiqi ilə əlaqədar, rəqəmsal yayım abonentlərinin ödəniş qaydalarına dəyişiklik edilmişdir.

Yeni qaydalara əsasən, növbəti ayda xidmətdən yararlanmaq üçün abonent abunə haqqını cari ayın sonuna qədər ödəməlidir. Əvvəlcədən ödəniş edilmədiyi halda abonentə xidmətin göstərilməsi dayandırılacaq.

Qeyd edək ki, KATV1 kabel televiziya operatorunun rəqəmsal yayım abonentləri xidmət haqqını inkasatorlar, KATV1 müştəri xidmətləri ofislərində, PayPoint ödəniş köşklərində, bank filiallarında, Netmoney universal ödəmə kartları və bank kartından istifadə edərək internet vasitəsilə ödəyə bilərlər.
Ətraflı məlumat üçün telefon: 127.

Xəbər lenti

Xəbər lenti