...

Nar Mobile-dan 4 qəpiklik tarif

Telekommunikasiya Materials 14 İyun 2012 15:12 (UTC +04:00)
"Nar Mobile" mobil operatoru Unikal tarif planını təqdim edir. Şirkətin təklif etdiyi tarifə görə, abunəçilər ölkədaxili bütün istiqamətlərə heç bir abunə haqqı ödəmədən cəmi 4 qəpiyə zəng edəcəklər.
Nar Mobile-dan 4 qəpiklik tarif

Azərbaycan, Bakı, 14 iyun /Trend/

"Nar Mobile" mobil operatoru Unikal tarif planını təqdim edir. Şirkətin təklif etdiyi tarifə görə, abunəçilər ölkədaxili bütün istiqamətlərə heç bir abunə haqqı ödəmədən cəmi 4 qəpiyə zəng edəcəklər.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, bundan başqa, Unikal tarif planına görə abunəçi SMS, MMS, Videozəng, Mobil TV və digər xidmətlərdən istifadəyə görə 4 qəpik ödəyəcək.

Tarifə qoşulmaq üçün "Unikal" yazaraq 777 nömrəsinə mesaj göndərmək və ya telefonun ekranında *777#232#YES şifrəsini yığmaq lazımdır.

Xidmət

Qiymət
(qəpiklə)

Şəbəkədaxili zəngin 1 dəqiqəsi

4

Şəbəkəxarici zəngin 1 dəqiqəsi

4

Video-zəngin 1 dəqiqəsi

4

SMS

4

MMS

4

Internet trafiki (200 KB)

4

Mobil TV (400 KB)

4

Qeyd edək ki, unikal tarif qısa nömrəli zənglərə şamil olunmur.

Xəbər lenti

Xəbər lenti