...

"Azercell" jurnalistlərin Qəbələyə səfərini təşkil edib

Telekommunikasiya Materials 22 İyun 2012 20:41 (UTC +04:00)
Bu gün "Azercell Telekom" MMC-nin təşəbbüsü və dəstəyi ilə Azərbaycan KİV nümayəndələrinin Qəbələyə səfəri təşkil olunub.
"Azercell" jurnalistlərin Qəbələyə səfərini təşkil edib

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Bu gün "Azercell Telekom" MMC-nin təşəbbüsü və dəstəyi ilə Azərbaycan KİV nümayəndələrinin Qəbələyə səfəri təşkil olunub.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, Azercell-in tərtib etdiyi 3 günlük xüsusi proqram çərçivəsində jurnalistlər maraqlı təlimlərlə yanaşı, həm də əyləncəli proqramda iştirak edəcəklər. Təlimləri aparan mütəxəssislər liderlik qabiliyyəti, sosial media, media və marketinq üzrə təlimləri interaktiv və əyləncəli formada media işçilərinə təqdim edəcəklər.

"Azercell Telekom" MMC fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olub. "Azercell" artıq 10 ildən çoxdur ki, Milli Mətbuat Günü münasibətilə KİV işçiləri üçün təntənəli bayram tədbiri təşkil edir. İndiyə kimi şirkət tərəfindən qələm əhli arasında bir neçə yazı müsabiqəsi təşkil olunub, qaliblərə yüksək məbləğdə mükafatlar verilib.

Jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün mütəmadi ingilis dili kursları da təşkil olunub. Nəhayət, "Azercell" yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı hazırlayıb. Hazırda Azercell-in təklifləri sırasında Mediacell ən populyar paketlərdən birinə çevrilməkdədir.

"Azercell Telekom" hər zaman olduğu kimi Azərbaycan mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti