...

Azərbaycanın orta məktəblərində elektron dərsliklərin tətbiqi genişləndiriləcək

Telekommunikasiya Materials 3 İyul 2012 12:26 (UTC +04:00)
Rumıniyanın "SIVECO" softver şirkəti Azərbaycanın "Ultra" İT şirkəti ilə birgə elektron dərsliklərin orta təhsil müəssisələrində tətbiqinin birinci mərhələsini başa çatdırıb.
Azərbaycanın orta məktəblərində elektron dərsliklərin tətbiqi genişləndiriləcək

Azərbaycan, Bakı, 3 iyul / Trend, müxbir H.Vəliyev/

Rumıniyanın "SIVECO" softver şirkəti Azərbaycanın "Ultra" İT şirkəti ilə birgə elektron dərsliklərin orta təhsil müəssisələrində tətbiqinin birinci mərhələsini başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "SIVECO"nun prezidenti İrina Sokola istinadən xəbər verir.

Rumıniya şirkəti ilə əməkdaşlığın genişləndirilməsi məsələləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla müzakirə olunub.

Sokolun sözlərinə görə, hazırda elektron dərsliklər Azərbaycanın 50 məktəbində tətbiq olunur. Daha çox məktəbi e-dərsliklərlə əhatə edəcək layihənin ikinci mərhələsinin reallaşdırılması Abbasov tərəfindən dəstəklənib.

1992-ci ildə yaradılan "SIVECO" Mərkəzi-Şərqi Avropanın aparıcı proqram təminatı şirkətidir. Şirkət Avropa, Yaxın Şərq, Şimali Afrikada və MDB məkanında İT həllərin və konsaltinq layihələrinin hazırlanması və ixracını təmin edir.

Azərbaycanın strateji tərəfdaşı olan Rumıniya iki ölkə arasında imzalanmış sənədlər əsasında Azərbaycanın İKT sektorunda fəaliyyətini genişləndirmək niyyətindədir. "SIVECO" şirkəti artıq "Milli təhsil sistemi və elektron təhsilin idarə olunması" layihəsinin reallaşdırılmasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti