...

Azərbaycan 2020-ci ilə İKT sektoru üzrə gəlirləri 9 milyard dollaradək artırmağı planlaşdırır

Telekommunikasiya Materials 3 İyul 2012 14:23 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, 2020-ci ilə İKT sektoru üzrə gəlirin həcmini 8-9 milyard dollaradək artırmaq niyyətindədir.
Azərbaycan 2020-ci ilə İKT sektoru üzrə gəlirləri 9 milyard dollaradək artırmağı planlaşdırır

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, 2020-ci ilə İKT sektoru üzrə gəlirin həcmini 8-9 milyard dollaradək artırmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə istinadən rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.

Nazirin sözlərinə görə, 2011-ci ildə sektor üzrə gəlir 1,3 milyard manat (1,7 milyard dollar) təşkil edib.

Ötən il ərzində ölkənin ümumi daxili məhsulunun (ÜDM) həcmi 50 milyard manat təşkil edib və qarşıdakı 8-10 ildə əsas məqsədlərimizdən biri bu göstəricini 100 milyard manata çatdırmaqdır.

"Hesablamalara görə, məqsədə nail olmaq üçün bu illər ərzində ÜDM-in orta illik artım tempi təqribən 6-6,5 faiz olmalıdır. Əsas prioritet sahələrdən biri olan İKT sektorunun ümumi inkişafa töhfə verməsi üçün qarşıdakı 10 ildə İKT sektorunun həcmini 4,5-5 dəfə artırmaq lazımdır", - nazir qeyd edib.

Onun sözlərinə görə, 2004-2011-ci illərdə İKT sektorunda orta illik artım tempi təqribən 25-30 faiz təşkil edib. 2009-cu ildə bütün dünyada maliyyə böhranının hökm sürdüyü bir vaxtda sektorda artım 14 faiz, 2011-ci ildə isə 13 faiz olub.

Abbasovun fikrincə, nazirlik qarşısında qoyulan məqsədlərə (İKT sektoru üzrə gəlirin artırılması) nail olmaq üçün orta illik artım tempini təqribən 16-18 faiz civarında saxlamaq lazımdır.

Xəbər lenti

Xəbər lenti