...

Azərbaycanın iqtisadi vəziyyəti ölkəni kiberhücumlar üçün cəlbedici edir

Telekommunikasiya Materials 11 Sentyabr 2012 15:04 (UTC +04:00)
Azərbaycanın maliyyə vəziyyəti və iqtisadi inkişafı ölkəni cinayətkarlar üçün daha cəlbedici edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Symantec" şirkətinin təhlükəsizlik üzrə baş mütəxəssisi Bülent Teksöz bildirib.
Azərbaycanın iqtisadi vəziyyəti ölkəni kiberhücumlar üçün cəlbedici edir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın maliyyə vəziyyəti və iqtisadi inkişafı ölkəni cinayətkarlar üçün daha cəlbedici edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Symantec" şirkətinin təhlükəsizlik üzrə baş mütəxəssisi Bülent Teksöz bildirib.

Onun sözlərinə görə, əgər daha əvvəl cinayətkarların əsas məqsədi inkişaf etmiş bazarlar (ABŞ, Çin və s.) idisə, hazırda maraqlar inkişaf etməkdə olan ölkələrə yönəlib.

Ekspertin fikrincə, hücumları cəlb edən maliyyə vəziyyəti və virtual aləmdə zərərli proqramların yayılmasından başqa, burada müəyyən rolu siyasi proseslər də oynayır.

"Bir neçə ay əvvəl Yaxın Şərqdə kibermüharibə başladı. İki həftə öncə iri ərəb-Amerika neft şirkəti "ARAMKO" hücuma məruz qalıb. Enerji sektoruna hücumlar indiyədək davam edir. Azərbaycanda bu sektor iqtisadiyyatın digər sahələri kimi təhlükə altındadır. Şirkətimiz mənfi faktorların aradan qaldırılması üçün əlindən gələn köməyi edir. Təcrübəmizi hazırda inkişaf etməkdə olan bazarlar arasında vacib yer tutan Azərbaycan bazarında da tətbiq edə bilərik. Məhz buna görə də "Symantec" şirkətinin Azərbaycana yatırdığı investisiyalar durmadan artır", - Teksöz qeyd edib.

Xəbər lenti

Xəbər lenti