Azərbaycan, Bakı, 5 oktyabr/Trend, müxbir H. Vəliyev/
Azərbaycanın "Azərpoçt" MMC poçt rabitə operatorunun "Azerexpresspost" ekspress poçt xidməti EMS Kooperativinin qiymətləndirmə proqramı çərçivəsində "Price Water House Coopers" şirkətinin hazırladğı yekun cədvələ əsasən Qızıl Səviyyəli Sertifikata layiq görülüb. Trend-in məlumatına görə, bu barədə cümə günü MMC-nin yaydığı məlumatda deyilir.
Azərbaycanın EMS operatoru 2011-ci il ərzində sertifikasiya səviyyəsi üzrə dünyada qabaqcıllardan biri olub.
Mükafatlandırma mərasimi sentyabrın 25-dən oktyabrın 15-dək Qatarın Doha şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (UPU) 25-ci Konqresi çərçivəsində baş tutub.
"Azerexpresspost" bu mükafata artıq yeddinci dəfədir layiq görülür.