Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir H.Vəliyev/
İnternetin idarə olunması problemlərinin müzakirəsi üzrə 7-ci beynəlxaql forumun (IGF - Internet Governance Forum) əsas mövzusu davamlı insani, iqtisadi və sosial inkişaf məqsədləri üçün internetin idarə edilməsi məsələləri olacaq. Bu barədə çərşənbə axşamı BMT-nin İctimai İnfofrmasiya Departamentinin məlumatında deyilir.
IGF forumu Bakıda noyabrın 6-9-da keçiriləcək BakuTel-2012 beynəlxalq telekommunikasiya sərgisi çərçivəsində baş tutacaq.