...

Azercell-dən Həcc ziyarətinə yollanan zəvvarlar üçün rouminqdə endirim

Telekommunikasiya Materials 19 Oktyabr 2012 16:34 (UTC +04:00)
Oktyabrın 12-dən etibarən Azərbaycandan müqəddəs Həcc ziyarətinə yollanan ilk zəvvarlar üçün "Azercell Telekom" xüsusi endirim kampaniyası elan edib.
Azercell-dən Həcc ziyarətinə yollanan zəvvarlar üçün rouminqdə endirim

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Oktyabrın 12-dən etibarən Azərbaycandan müqəddəs Həcc ziyarətinə yollanan ilk zəvvarlar üçün "Azercell Telekom" xüsusi endirim kampaniyası elan edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, kampaniya çərçivəsində oktyabrın sonuna kimi Səudiyyə Ərəbistanında olan Azercell-lilər güzəştli rouminq tariflərindən yararlana biləcəklər.

Beləliklə, Səudiyyə Ərəbistanının "Mobily (Etihad Etisalat)" mobil operatorunun şəbəkəsindən istifadə edən Azercell Fakturalı Xətt abonentləri daha aşağı tariflərlə danışa, SMS göndərə bilərlər. Bu müddət ərində fakturalı xətt abonentləri bütün istiqamətlərə zənglərin 1 dəqiqəsi üçün 0,70 AZN ödəyirlər. Eyni zamanda, hər istiqamətə 1 SMS 10 qəpik, istifadə edilən hər 1 MB internet trafiki üçün isə 70 qəpik tarifi tətbiq edilir.

Bu kampaniya Səudiyyə Ərəbistanında səfərdə olan zəvvarların doğmaları ilə daha rahat və sərfəli şəkildə ünsiyyətdə olmasına imkan verir.

"Azercell Telekom" MMC hər kəsin Həcc ziyarətinin qəbul olmasını arzulayır, onlara xoş səfər diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti