...

İcazələrin elektron informasiya portalının istifadəçilərinin sayı 37 mini ötüb

Telekommunikasiya Materials 19 Oktyabr 2012 17:07 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını sentyabr ayında 5800-dən çox internet istifadəçisi ziyarət edib.
İcazələrin elektron informasiya portalının istifadəçilərinin sayı 37 mini ötüb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edənlərin sayı 37 mini ötüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını sentyabr ayında 5800-dən çox internet istifadəçisi ziyarət edib.

İnternet istifadəçilərinin 200-ə yaxını Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Kanada, Belçika, Filippin, İtaliya, Özbəkistan və İsveç kimi ölkələrdəndir. Ümumilikdə isə indiyədək portalın fəaliyyətindən 37 500-ə yaxın internet istifadəçisi yararlanıb.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Sentyabrda portalın icazələr bölməsində daha çox gigiyenik və uyğunluq sertifikatlarına, mühəndis kommunikasiya xətlərinin təmiri və çəkilişi üçün sərəncama, obyektin tikinti-quraşdırma işlərinin aparılmasına dair icazə, küçə reklamı lövhəsinin yerləşdirilməsi, torpaq sahəsinin ayrılması və s. kimi icazəverici sənədlərə baxılıb.

Qeyd edək ki, internet istifadəçiləri tərəfindən maraqla izlənilən www.icazeler.gov.az portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti