...

Azərbaycanda nömrələrin daşınması xidməti 2013-cü ilin martınadək işə salınacaq

Telekommunikasiya Materials 6 Noyabr 2012 13:26 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində nömrələrin daşınması xidməti (MNP - Mobile Number Portability) sınaqdan keçirilmə mərhələsindədir.
Azərbaycanda nömrələrin daşınması xidməti 2013-cü ilin martınadək işə salınacaq

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində nömrələrin daşınması xidməti (MNP - Mobile Number Portability) sınaqdan keçirilmə mərhələsindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

Onun sözlərinə görə, artıq nömrələrin daşınması xidməti üzrə qayda qəbul edilib, operatorlar xidmətin işə salınması üçün zəruri avadanlığın quraşdırılmasını yekunlaşdırıblar, bu prosesi koordinasiya edəcək mərkəz yaradılıb.

"Hazırda sistemin test işləri aparılır. Test işlərinin uğurundan asılı olaraq xidmətin işə salınması tarixi məlum olacaq. Əgər xidmət cari ilin sonunadək işə salınmasa, xidmətdən istənilən halda 2013-cü ilin yanvar-fevralında istifadə etmək mümkün olacaq", - Məmmədov qeyd edib.

Nazir müavininin sözlərinə görə, nömrələrin daşınması xidmətinin tətbiqinin üstünlüyü ondan ibarətdir ki, abonent seçim imkanı əldə edir və müvafiq olaraq bu, operatorların göstərdiyi xidmətlərin keyfiyyətinin artmasına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti