...

Müdafiə Sənayesi Nazirliyi "Elektron hökumət" portalına qoşulub

Telekommunikasiya Materials 20 Noyabr 2012 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir H.Vəliyev/

Müdafiə Sənayesi Nazirliyi göstərdiyi xidməti "Elektron hökumət" portalına (ehdis.az) inteqrasiya edib.

Trend-in məlumatına görə, hazırda portalda nazirliyin İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciət forması xidmətindən istifadə etmək mümkündür.

Qeyd edək ki, "Elektron hökumət" portalına təqribən 40 dövlət qurumu qoşulub. Portala 150-dən çox elektron xidmət inteqrasiya edilib.

Respublikanın bir sıra dövlət qurumları da portala qoşulmaq üçün müraciət ediblər və bu proses onların IT-infrastruktur hazırlıqlarından asılı olaraq mərhələli şəkildə həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti