...

Bakcell-in "Mançester Yunayted" emblemli SİM kartları satışa buraxıldı

Telekommunikasiya Materials 21 Noyabr 2012 18:18 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti dünyanın ən məhşur futbol klubu olan "Mançester Yunayted" ilə əməkdaşlıq etməkdədir.
Bakcell-in "Mançester Yunayted" emblemli SİM kartları satışa buraxıldı

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti dünyanın ən məhşur futbol klubu olan "Mançester Yunayted" ilə əməkdaşlıq etməkdədir.

"Bakcell" Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları, xüsusilə də "Mançester Yunayted" azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv kontenti təqdim edir. 2,6 milyondan çox "Bakcell" müştərisi artıq eksklüziv kontentdən yararlanır və Mançester Yunayted-ə daha yaxındır. Bu misilsiz tərəfdaşlıq çərçivəsində Bakcell şirkəti bütün müştərilərinə və Azərbaycan əhalisinə geniş çeşidli "Mançester Yunayted" kontentini təqdim etməyə başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakcell-in "Mançester Yunayted" emblemli SİM kartlarının xüsusi buraxılışı şirkətin bütün abonentlərinə, ölkənin futbol həvəskarları, xüsusilə də "Mançester Yunayted" azarkeşlərinə ilk sürprizidir. Brend tərtibatlı SİM kartlar artıq ölkənin bütün "Bakcell" dükanlarında əldə oluna bilər.

Bu unikal fürsətdən yararlanmaq və "Qırmızı şeytanlar"ın əhvalını hiss etmək istəyən bütün abonentlər həmin SİM kartlardan birini əldə edə bilərlər.

SİM kartlarının xüsusi buraxılışı CİN, Klass və Sür@ (internet) kartlarını əhatə edir. "Bakcell", həmçinin abonentlərə CİN, KLASS və GOLD mini kartlarını təklif etməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti