...

AZAL-ın dörd təyyarəsində mobil rabitədən istifadə olunacaq

Telekommunikasiya Materials 11 Yanvar 2013 19:32 (UTC +04:00)
Yanvar ayının sonundan "Azərbaycan Hava Yolları"nın (AZAL) 4 təyyarəsində mobil rabitədən istifadə mümkün olacaq. Bu barədə cümə günü Trend-ə "Azerfon" MMC-dən bildiriblər.
AZAL-ın dörd təyyarəsində mobil rabitədən istifadə olunacaq

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir H.Vəliyev/

Yanvar ayının sonundan "Azərbaycan Hava Yolları"nın (AZAL) 4 təyyarəsində mobil rabitədən istifadə mümkün olacaq. Bu barədə cümə günü Trend-ə "Azerfon" MMC-dən bildiriblər.

"Nar Mobile" şəbəkəsinin abunəçiləri "Nar Air" tarif planından istifadə edəcəklər. Təyyarələrin göyərtəsində daxil və xaric olan zənglərin 1 dəqiqəsinin qiyməti 2 manat təşkil edəcək. Qısa ismarıcın göndərilməsi (SMS) 0,50 manat (daxil olan SMS-lər pulsuzdur) olacaq. MMS-in göndərilməsinin qiyməti 2,6 manat, 1 meqabayt GPRS isə 9 manat təşkil edəcək.

"Azerfon" MMC-nin AZAL-ın təyyarələrində mobil rabitə xidmətlərinin göstərilməsi üzrə aviaşirkətlə 10 illik eksklüziv sazişi var.

Hazırda təyyarələrdə mobil rabitə xidmətləri Amsterdamda yerləşən Avropada yeganə yerüstü stansiya vasitəsilə idarə edilir.

"OnAir" şirkəti "Azerfon"un dəstəyi ilə gələcəkdə Bakıda ikinci yerüstü stansiyanı quraşdırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti