...

Rabitə Nazirliyi e-hökumətə çıxışın mobil platformasını təqdim edib

Telekommunikasiya Materials 24 Yanvar 2013 15:57 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi mobil qurğulardan (mobil telefonlar və planşet kompütərlər) istifadə etməklə "Elektron hökumət" portalına çıxış üçün autentifikasiya sistemini təqdim edib.
Rabitə Nazirliyi e-hökumətə çıxışın mobil platformasını təqdim edib

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi mobil qurğulardan (mobil telefonlar və planşet kompütərlər) istifadə etməklə "Elektron hökumət" portalına çıxış üçün autentifikasiya sistemini təqdim edib.

Trend-in məlumatına görə, söhbət mobil qurğulardan istifadə etməklə "Elektron hökumət" portalına çıxış açan əlavədən gedir.

Yeni sistem istifadəçilərə autentifikasiyanın ikifaktorlu sistemindən istifadə etməklə rəqəmsal sertifikatlar yaratmağa və sonra QR kodu skan edərək "Elektron hökumət" portalına çıxış əldə etməyə imkan yaradır.

Gələcəkdə əlavənin funksiyaları modullarla artırılacaq. Modullar hüquqi əhəmiyyətli sənədlərin elektron imza ilə təminatı və onun müvafiq quruma ünvanlanmasını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti