...

“Bakcell” MMC “Azercell Telekom” MMC-yə qarşı arabağlantı tarifi üzrə məhkəmə işini udub

Telekommunikasiya Materials 11 Fevral 2013 11:02 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti elan edir ki, fevralın 6-da “Bakcell” MMC “Azercell Telekom” MMC-yə qarşı qaldırdığı arabağlantı tarifi üzrə məhkəmə işini udub.
“Bakcell” MMC “Azercell Telekom” MMC-yə qarşı arabağlantı tarifi üzrə məhkəmə işini udub

Azərbaycam, Bakı, 11 fevral /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti elan edir ki, fevralın 6-da "Bakcell" MMC "Azercell Telekom" MMC-yə qarşı qaldırdığı arabağlantı tarifi üzrə məhkəmə işini udub.

Trend-in məlumatına görə, 26 iyul 2011-ci il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qətnaməsi ilə iddiaçı "Bakcell" MMC-nin cavabdeh "Azercell Telekom" MMC-yə qarşı 1 avqust 2006-cı il tarixli Arabağlantı Müqaviləsinə Əlavə Razılaşmanın 3 aprel 2009-cu il tarixindən bağlanılmış hesab olunması və 15 milyon manatdan artıq həcmdə zərərin ödənilməsi barədə iddia ərizəsi təmin edilib.

"Biz məhkəmənin qərarından və haqq-ədalətin öz yerini tapmasından məmnunuq. Azercell öz dominant mövqeyindən istifadə edərək digər operatorları xoşagəlməz vəziyyətdə qoymuşdu. Məhkəmə bu cür mövqeyinə görə "Azercell"i cəzalandırdı. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu məhkəmə mübahisəsinin nəticəsində istehlakçılar, yəni mobil rabitənin sadə istifadəçiləri qalib gəldi. Bakcell öz abunəçilərinə daha da əlverişli qiymətlərlə yüksək keyfiyyətli mobil rabitə xidmətləri göstərməyə davam edəcək", deyə Bakcell-in Baş icraçı direktoru Riçard Şirer bildirib.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsi ilə cabahdeh "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-1189/2011 saylı iş üzrə qəbul etdiyi 26 iyul 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 fevral 2013-cü il tarixli qərarı ilə cabahdeh "Azercell Telekom" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın 27 iyul 2012-ci il tarixli, 2-1(103)-290/2012 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməyib.
Beləliklə, "Bakcell" MMC-nin müvafiq iddiası üzrə 2 il ərzində cabahdeh "Azercell Telekom" MMC-nin məhkəmə şikayətlərində göstərdiyi dəlillər qəbul olunmayıb və iddiaçı "Bakcell" MMC-nin arabağlantı tarifi ilə bağlı bütün tələbləri Azərbaycan Respublikasının hər bir instansiya məhkəməsi tərəfindən təmin edilib.

Məhkəmə işi haqqında arayış:
Mobil operatorlar şəbəkəxarici zənglərin hər dəqiqəsinə görə bir-birinə haqq ödəyir və bu "arabağlantı tarifi" adlanır. 2009-cu ilin aprel ayında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən GSM operatorları üçün arabağlantı tarifi 0,02 AZN səviyyəsində müəyyən edilib. Bununla əlaqədar "Bakcell" MMC "Azercell Telekom" MMC-yə arabağlantı tarifinin azaldılması təklifi ilə müraciət edib, lakin qarşı tərəf mövcud tarifin (1 dəq. = 0,05 AZN) qaneedici olduğunu bildirib.
Arabağlantı tarifinin RİTN tərəfindən müəyyən edilmiş səviyyədən yüksək olması "Bakcell" MMC şirkətinin öz müştəriləri üçün qiymətləri endirmək imkanlarını məhdudlaşdırmaqla yanaşı, ümumiyyətlə, mobil rabitə bazarına mənfi təsir göstərir.

RİTN tərəfindən 2009-cu ilin aprel ayında qəbul edilmiş müvafiq normativ aktdan sonra "Bakcell" MMC şirkəti arabağlantı tarifini 2 qəpik səviyyəsində tətbiq etmək üçün səy göstərib. Yeni arabağlantı tarifi istifadəçilər üçün pərakəndə tarif qiymətlərinin kəskin endirilməsinə səbəb ola bilərdi. Lakin "Azercell Telekom" MMC bu məsələ üzrə əməkdaşlıq etməyə razı olmayıb və RİTN tərəfindən qəbul olunmuş sənədin tələbini yerinə yetirməkdən boyun qaçırıb. Beləliklə, "Azercell Telekom" MMC son vaxtlara qədər çox yüksək pərakəndə qiymətlərini saxlayıb və yalnız bu yaxınlarda - pərakəndə tarifin endirilməsi istiqamətində bazarda Bakcell-in təşəbbüsü ilə artan təzyiqlər nəticəsində müştərilər üçün qiymətləri endirmək məcburiyyətində qalıb.

"Azercell Telekom" MMC-nin son 3 il ərzində RTİN-in müvafiq normativ aktını yerinə yetirməkdən imtina etməsi və bunun nəticəsində müştərilərə olduqca yüksək qiymətlərin tətbiq olunması ona gətirib çıxarıb ki, arabağlantı tarifinin və pərakəndə qiymətlərinin azaldılmasına nail olmaq üçün "Bakcell" MMC məhkəmə prosedurlarına müraciət etməyə məcbur olub.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti