...

Azərbaycanda elektron imza üçün sertifikatların verilməsinə başlanılıb

Telekommunikasiya Materials 1 Mart 2013 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /müxbir Trend H. Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiya Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) mobil cihazlarda istifadəsi üçün nəzərdə tutlmuş elektron-rəqəmsal imzaların sertifakatların verilməsinə başlayıb. Bu barədə Trendə cümə günü layihəyə yaxın mənbədən məlumat verilib.

Hazırda mobil cihazlarda istifadə olunmaq üçün nəzərdə tutulmuş rəqəmsal imzalar üçün sifarişlər yalnız MHM qəbul olunur.

Mənbənin sözlərinə görə, yaxın günlərdə Pin kodun alınması üçün online rejimdə ərizəni doldurmaq lazım olacaq. Daha sonra kod operatorların şəbəkələrində qeydiyyatdan keçəcək.

Hazırda MHM-in Bakı və regionlarda qeydiyyat mərkəzlərinin yaradılması bağlı təşkilatı işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti