...

Azərbaycanın poçt şəbəkəsi üzrə pul köçürmələrinin 70 faizi Rusiyanın payına düşür

Telekommunikasiya Materials 5 Mart 2013 19:34 (UTC +04:00)
Azərbaycanın poçt şəbəkəsi üzrə həyata keçirilən pul köçürmələrinin təqribən 70 faizi Rusiyanın payına düşür.
Azərbaycanın poçt şəbəkəsi üzrə pul köçürmələrinin 70 faizi Rusiyanın payına düşür

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt şəbəkəsi üzrə həyata keçirilən pul köçürmələrinin təqribən 70 faizi Rusiyanın payına düşür. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, "Azərpoçt" MMC-nin şəbəkəsi üzrə köçürmələrin 10 faizi Ukrayna, Qazaxıstan və Belarusun payına düşür. Ümumilikdə pul köçürmələrinin təqribən 90 faizi MDB ölkələrinin payına düşür.

Ümumdünya Poçt İttifaqının STEFI sistemi vasitəsilə İrana pul köçürmələrinin həyata keçirilməsi məsələsini şərh edən Məmmədov deyib ki, İran mövcud sistemə qoşulmadığına görə bu köçürmələr həyata keçirilmir.

"İran daha əvvəl Azərbaycana nağd pul köçürmələri həyata keçirməyi təklif etmişdi ki, bu da səmərəli deyil, çünki belə pul köçürmələri 15 və daha artıq gün ərzində ünvana çatdırıla bilər. Halbuki təcili pul köçürmələri sistemi bu əməliyyatı 1 dəqiqə ərzində həyata keçirməyə imkan verir", - Məmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti