...

GUAM ölkələri gömrük administrasiyaları arasında informasiya mübadiləsi məsələsini razılaşdırıblar

Telekommunikasiya Materials 21 May 2013 10:59 (UTC +04:00)
GUAM-a üzv dövlətlərin gömrük orqanlarının informasiya texnologiyaları üzrə departamentlərinin rəhbərləri GUAM ölkələrinin görük administrasiyaları arasında bu təşkilata üzv ölkələrin dövlət sərhədləri vasitəsilə keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumatın mübadiləsinin təşkili barədə Protokol layihəsini razılaşdırıblar.
GUAM ölkələri gömrük administrasiyaları arasında informasiya mübadiləsi məsələsini razılaşdırıblar

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir H. Vəliyev/

GUAM-a üzv dövlətlərin gömrük orqanlarının informasiya texnologiyaları üzrə departamentlərinin rəhbərləri GUAM ölkələrinin gömrük administrasiyaları arasında bu təşkilata üzv ölkələrin dövlət sərhədləri vasitəsi ilə keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumatın mübadiləsinin təşkili barədə protokol layihəsini razılaşdırıblar. Trend-in məlumatına görə, bu barədə GUAM-ın məlumatında deyilir.

Məlumata görə, bu məsələ dünən İnformasiya texnologiyaları deparatmentlərinin rəhbərləri tərəfindən Kiyevdə GUAM Katibliyində nəzərdən keçirilib.

Tərəflər, həmçinin Katiblikdən protokol layihəsininin imzalanması məqsədi ilə onu ölkə daxilində razılaşdırılması üçün GUAM-a üzv olan dövlətlərə göndərməyi xahiş etmək barədə ortaq fikrə gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti