...

İran sentyabrda kosmosa növbəti peyk buraxa bilər

Telekommunikasiya Materials 8 İyun 2013 11:56 (UTC +04:00)
İran bu il sentyabrın sonuna kimi (İran təqvimi ilə cari ilin ilk yarısı sentyabrın 22-də başa çatır) "SharifSat" peykini kosmosa buraxa bilər.
İran sentyabrda kosmosa növbəti peyk buraxa bilər

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbirlər T.Cəfərov, E.Tanriverdiyeva/

İran bu il sentyabrın sonuna kimi (İran təqvimi ilə cari ilin ilk yarısı sentyabrın 22-də başa çatır) "SharifSat" peykini kosmosa buraxa bilər. Trend-in məlumatına görə, bu barədə "Fars" agentliyi Tehran Texnologiya Universitetinin rəhbəri Şərif Rza Azada istinadən xəbər verir.

Rza Azad bildirib ki, hazırda peyk sistemləri hazırlanır.

"SharifSat" peyki kosmosa "Səfir-1" raket daşıyıcısı vasitəsilə 500 km yüksəkliyə buraxılacaq. Onun çəkisi 50 kq-dan azdır.

Xatırladaq ki, İranın Kosmik Agentliyinin rəhbəri Həmid Fazeli aprel ayında İranın bu il kosmosa iki peyk buraxacağını bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti